logo
First slide

Şöbə müdiri: "Peyvənddən sonra özümü yaxşı hiss edirəm"

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanda vaksinasiya prosesi başlayan ilk günlərdə peyvənd vurdurmuşam, özümü çox yaxşı hiss edirəm".

Bunu Report-a açıqlamasında 5 saylı şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov bildirib.

O deyib ki, vaksinasiyadan sonra səhhətində narahatlıq hiss etməyib:

“Bizim xəstəxanada digər işçilər də mənimlə eyni vaxtda peyvənd vurdurublar, onların da səhhəti qaydasındadır, heç bir problem yaşanmayıb, özlərini yaxşı hiss edirlər".

Ş.Məmmədov vətəndaşların peyvənd olunmasını zəruri sayır:

"İnsanlara tövsiyə edirəm ki, peyvənd vurdurmaqdan qorxmasınlar. Vaksinasiya orqanizmdə immunitetin yaranması üçün vacibdir. Hesab edirəm ki, hamı peyvənd olunsa, pandemiyanın öhdəsindən gəlmək mümkün olacaq. Həm də ölkəmizin istifadə etdiyi “CoronoVac” vaksini təhlükəsizdir. Tərkibində insan sağlamlığı üçün hər hansı zərərli maddə yoxdur".

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiya könüllü və dövlət hesabına aparılır.

Birinci mərhələdə yüksək risk qrupuna daxil olan şəxslərə peyvənd vurulub. COVID-19 əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələ

- səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN xidmət" və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Oxşar xəbərlər
OTACI
OTACI