Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlanıb

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fevralın 12-də Ankara vaxtı ilə saat 21:00-da növbəti 56 saatlıq “Evdə qal!” rejiminin tətbiqinə başlanılıb. Üç gün davam edəcək məhdudiyyət fevralın 15-də saat 5:00-də başa çatacaq.

Press.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 12-də Türkiyədə ümumilikdə 129 min 630 nəfər testdən keçirilib. Gün ərzində bu xəstəlikdən 97 nəfər ölüb, 8 min 108 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 572 min 190 nəfərdə virus aşkarlanıb, 27 min 284 nəfər ölüb.

Qeyd edək ki, Türkiyədə məlum infeksiyaya qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir. Fevralın 11-dən etibarən peyvənd olunanlara ikinci dozanın vurulmasına başlanılıb.

Oxşar xəbərlər
OTACI