logo
First slide

Türkiyə ordusu İraqda 2 gündə 37 terrorçunu məhv etdi

13 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında terrorçuluğa qarşı “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı çərçivəsində PKK terror təşkilatının daha dörd silahlısını zərərsizləşdirib.

Press.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Bununla da əməliyyatının başlanğıcından məhv edilmiş terrorçuların ümumi sayı 37-yə çatıb.

Qeyd edilir ki, İraqın şimalındakı Qara ərazisində başlayan antiterror əməliyyatı nəzərdə tutulmuş plana uyğun olaraq davam etdirilir.

Əməliyyata 40-dan çox təyyarə, həmçinin pilotsuz uçuş aparatları cəlb olunub. Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının gizləndiyi 50-dən çox obyekti, o cümlədən "qərargah"ları, döyüş sursatı ilə dolu anbarları və mağaraları məhv edib.

"İraqda terrorçuların obyektlərinə zərbələrin endirilməsi zamanı əsasən yerli istehsal olan döyüş sursatlarından istifadə olunur. Terrorçular regionda ağır itkilərə məruz qalırlar", - xəbərdə deyilir.

Oxşar xəbərlər
OTACI
OTACI