Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ekspertdən avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı qanuna ŞƏRH

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Yeni qanun barədə Press.az-a danışan yol eksperti Elməddin Muradlı bildirib ki, sürücünün görünüş dairəsi deyəndə qabaq yan şüşələr və qabaq alın şüşəsi nəzərdə tutulur:

"Qalan şüşələrin sürücüyə heç bir maneəsi yoxdur. Bu qanun Avropa İqtisadi Komissiyasının qərarından irəli gəlir və bir çox ölkələrdə ratifikasiya edilib. Beləliklə bizdə də qanun ikinci və üçüncü oxunuşdan keçib, son olaraq Prezidentin təsdiqindən sonra qüvvəyə minəcək. Təstiqdən sonra arxa qapıların yan şüşələrinə və arxa alın şüşəsinə pərdə, jalüz və plyonka çəkilməsinə qanunla icazə veriləcək." - deyə ekspert Elməddin Muradlı qeyd edib.

Oxşar xəbərlər
OTACI