Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Legioner limitinin ləğvi yaxşı olar” – PFL-in mövqeyi

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir müddətdir ki, futbol mütəxəssislərimiz keçmiş SSRİ ölkələri və Türkiyə ilə Azərbaycan arasında legioner limitinin ləğv edilməsi təklifi ilə çıxış edirlər.

Bu, həm bizim futbolçuların sözügedən ölkələrin klublarına keçidini asanlaşdıra bilər, həm də Rusiya, Ukrayna və digər bu kimi ölkələrdə çıxış edən azərbaycanlı futbolçuların limit problemi ilə qarşılaşmamalarına və milli komandalarımızı tərəddüdsüz seçmələrinə səbəb olar.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında bunun yaxşı və eyni zamanda uzun çəkən proses olduğunu bildirdi:

“Bəli, belə bir təkliflər var. Əslində olsa, yaxşı olar. Azərbaycanlı futbolçuların ölkə xaricinə çıxması rahatlaşar. Hər yerdə limit olduğuna görə öz oyunçularına daha çox üstünlük verirlər.
Hələ 2014-cü ilin iyul ayında bizim Türkiyə Futbol Federasiyasının o vaxtkı prezidenti Yıldırım Demirörenlə görüşümüz olmuşdu. Ramin Musayevlə Türkiyəyə getmişdik. Türkiyə ilə Azərbaycan arasında legioner limiti məsələsi müzakirə olundu. Limitin tamamilə ləğvi yox, 1-2 futbolçunun oynadılması şərti var idi. Təkliflərimizi verdik. Onlar da isti yanaşdılar. Ancaq o vaxt bu məsələ baş tutmadı. Çünki onlarda da müəyyən proseslər var. Klublar Birliyinin fikri önəmlidir”.

A.Şahgəldiyev hazırda məsələ ilə bağlı PFL-də hər hansı plan olmadığını deyib: “Əslində bu, yaxşı bir prosesdir, ancaq detallı şəkildə işləyib, yaxşı müzakirə etdikdən sonra tətbiq olunsa, yaxşı olar. Təkcə Türkiyə yox, başqa ölkə liqaları ilə da görüşmək olar. Ancaq bu, uzun çəkən prosesdir, xırda məsələ deyil. Bununla bağlı hazırda PFL-in bir planı yoxdur”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI