Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qəbələdə ayı arıçıya hücum etdi

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbələdə ayı arıçıya hücum çəkib.

Press.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Qəsəbə sakini Fərman Rəcəbov kənd ərazisində arı pətəklərini düzərkən qəfildən Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib.

Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.

Oxşar xəbərlər
OTACI