Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlkay Gündoğan ayın futbolçusu seçildi

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan yanvar ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Press.az xəbər verir ki, o, bu ada Premyer Liqanın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən layiq görülüb.

Qeyd edək ki, İlkay ötən ay 6 matçda 5 qol vurub. 30 yaşlı futbolçu ilk dəfə İngiltərədə ayın futbolçusu olub.

Mükafata Gündoğanla yanaşı qapıçı Bernd Leno («Arsenal»), müdafiəçilər Kreyq Douson («Vest Hem») və Con Stounz («Mançester Siti»), yarımmüdafiəçilər Cek Qriliş («Aston Villa»), Ceyms Meddison («Lester»), Mateus Pereyra («Vest Bromviç») və Bukayo Saka («Arsenal») namizəd olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI