Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Benzema yeni müqavilə imzalamağa tələsmir

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real"ın hücumçusu Kərim Benzema Madrid klubu ilə yeni bir müqavilə imzalamağı təxirə salıb.

Press.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, 33 yaşlı futbolçu klub üçün faydalı olub-olmadığını özü görmək istəyir. Buna görə o, 2020/21 mövsümünün sonunda gələcəyi ilə bağlı qərar verəcək. Fransalı oyunçunun "Lion"a qayıda da biləcəyi vurğulanıb.

Qeyd edək ki, Benzemanın "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, bu mövsüm La Liqada 20 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI