Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azəriqaz" hava şəraiti ilə bağlı sabahdan gücləndirilmiş rejimdə çalışacaq - Baş direktor

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Havaların soyuq keçməsi ilə bağlı verilən proqnozlarla əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçib.

Press.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, ölkə ərazisində qaz təzyiqinin aşağı düşməsi ilə bağlı müraciətlər nəzarətə götürülür: "Bəzi ərazilərdə qaz təzyiqinin aşağı düşməsi ilə bağlı "Azəriqaz"ın "Qaynar xətti"nə azsaylı müraciətlər daxil olur. Bu məsələni şəxsən diqqətdə saxlayıram. Sabahdan etibarən ölkə ərazisində havanın hərarəti də aşağı düşəcək. Artıq "Azəriqaz" bu məsələ ilə bağlı hazırlıq tədbirləri görüb. Abonentlərə qazın verilişi ilə bağlı heç bir problem yoxdur".

Oxşar xəbərlər
OTACI