Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Edvgerial.az” portalında qeydiyyatdan keçənlərin sayı açıqlandı

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ötən il ƏDV-nin bir hissəsinin geri qaytarılması layihəsi çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb”.

Bunu Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

O bildirib ki, ötən ildən ölkəmizdə pərakəndə ticarətdə və ictimai iaşə obyektlərində onlayn kassaların istifadəsinə başlanılıb. Hazırda isə ticarət və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb:

“2022-ci ilin sonuna ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub. Bu kassaların tətbiqi nəticəsində pərakəndə ticarət və xidmət sektorunda istənilən ödənişin real vaxt rejimində elektron sistemdə əksini tapması, pozuntulara yol verilməsinin, dövriyyənin gizlədilməsinin qarşısını alır”.

Orxan Nəzərli əlavə edib ki, “edvgerial.az” portalında 900 mindən yuxarı istifadəçi qeydə alınıb. O qeyd edib ki, yeni nəsil kassaların tətbiqi də öz effektiv nəticələrini verib:

“Pərakəndə ticarət şəbəkəsində yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması ticarət dövriyyələrinin şəffaflaşdırılmasına müsbət təsir edib. 2020-ci ilin birinci rübündə marketlərdə onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat təşkil edirdisə, bu göstərici ikinci rübdə 192 milyon manat, üçüncü rübdə 209 milyon manatı, dördüncü rübdə isə 222 milyon manatı təşkil edib”.

Oxşar xəbərlər
OTACI