Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyinin 13 saylı dolayında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən meşə sahəsində qanunsuz ağac kəsintisi qeydə alınmayıb. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, meşə qanunvericiliyinə uyğun olaraq 2020-ci il üçün Ağsu meşəbəyliyinin 13 saylı dolayındakı ərazinin qırma sahəsi üçün ayrıldığı və ərazidəki bioloji inkişafdan qalıb, köküstə qurumuş, əyilmiş ağacların kötüklərinin damğalanaraq oduncaq tədarükü üçün kəsildiyi və buraxılış orderi əsasında hüquqi və fiziki şəxslərə satıldığı məlum olub.

Oxşar xəbərlər
OTACI