logo
First slide

“Azəriqaz” yeni sayğaclarla bağlı dəyişiklik etdi - FOTO/VİDEO

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bildirişlərin verilməsi sistemində yeniliklər edilib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, bununla nəzarətçilərlə abonentlərin ünsiyyəti minimuma endirilir.

Belə ki, sonradan ödənişli sayğacın göstəricilərinin fiziki olaraq nəzarətçi tərəfindən oxunmasını istəməyən abonentlər bildirişlərini SMS vasitəsilə almaq istərsə, bu da dərhal yerinə yetiriləcək. 

Bildirilib ki, “Azəriqaz” İB abonentlərdən gələn müraciətləri analiz edərkən məlum olub ki, xüsusən də sonradan ödənişli sayğaclardan (mexaniki-elektron) istifadə edən abonentlər nəzarətçi ilə ünsiyyətin minimuma endirilməsini istəyirlər:

“Çoxmərtəbəli binalarda bu məsələnin həlli istiqamətində görülən işlər artıq nəticəsini verir. Belə ki, sonradan ödənişli sayğaclara quraşdırılan yeni qurğular səyyar terminallarla uzaqdan idarəetməyə tam şərait yaradır.

Belə ki, mart ayının 1-5 tarixləri intervalında sonradan ödənişli sayğac istifadəçisi öz sayğacının göstəricisinin aydın görünən fotosunu Birliyin “Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı “WhatsApp” nömrəsinə göndərə bilər. Bir şərtlə ki, mesajın göndərildiyi mobil nömrə ona aid olsun və ayarlardan (menyudan) əməliyyat sistemi elə tənzimlənməlidir ki, fotonun üzərində çəkildiyi tarix əksini tapsın. Əgər foto aydın görünməzsə, üzərində tarix yuxarıda qeyd edilən zaman intervalını əks etdirməzsə, vətəndaşa geri dönüş edilməklə, mesajı təkrar və düzgün göndərməsi xahiş olunacaq. Bununla həm abonentin mobil telefonu barədə məlumatlar ümumi bazaya aktiv nömrə kimi qeydiyyata düşəcək, həm də abonent hər ayın 1-5 tarixlərində eyni prosesi təkrarlamaqla SMS qəbul edə biləcək”.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yaxın günlərdə Bakı şəhəri və Abşeron rayonu üzrə baza məlumatlarında qeydiyyatda olan 40 min sonradan ödənişli sayğac istifadəçisinə SMS bildirişlərin göndərilməsini həyata keçirəcək. SMS bildirişlər ən azı 10 manat borcu olanlara təqdim ediləcək. Abonentlərin bu prosesdə aktiv iştirakı isə SMS bildirişlərin göndərilməsinin əhatə dairəsinin artırılmasına və prosesin daha optimal formada icrasına imkan yaradacaq.

Oxşar xəbərlər
OTACI
OTACI