Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş Prokurorluğun daha bir sosial şəbəkə hesabı təsdiqlənib

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluğun daha bir sosial şəbəkə hesabı rəsmi olaraq təsdiqlənib.

Bu barədə Press.az-ə qurumun Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün "Facebook", "Instagram", "Twitter", "Youtube", "Telegram" sosial şəbəkələrindən istifadə olunur.

Fevralın 11-də isə Azərbaycan Respublikası Baş Prokurorluğunun "Telegram" kanalı – (link: https://t.me/prokurorluq) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/), cari il yanvarın 21-də isə "Instagram" səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifə saxta səhifələrdən ayırd edilir.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Telegram" kanalının rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənməsinə “SaMedia agentliyi” tərəfindən köməklik edildiyi bildirildi", - deyə Mətbuat xidmətindən bildirilib.

Oxşar xəbərlər
OTACI