Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qətərin baş məşqçisi millimizi fərqləndirmədi

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“DÇ-2022"nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparan komandalarla oynamaq ən yaxşı səviyyəyə çatmağımıza kömək edəcək. Bütün matçlar həyəcanlı və maraqlı olacaq”.

Press.az xəbər verir ki, bu sözləri Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas yerli mətbuata açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Qətərədə keçiriləcək mundialın seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı A qrupundakı komandalarla keçiriləcək yoldaşlıq görüşləri ilə bağlı danışıb.

O, Azərbaycan və Lüksemburq istisna olmaqla digər komandaları fərqləndirib: “Güclü rəqiblərə qarşı çıxış etmək və oyunumuzu inkişaf etdirmək üçün əla fürsətimiz var. Avropa zonasında yoldaşlıq görüşləri keçirəcəyimiz qrupdakı komandaların hamısı güclüdür. Burada Avropa çempionu Portuqaliya var. Onlar qrupun favoritidir. Ən yüksək səviyyədə bir komanda ilə görüşmək bizim üçün əla təcrübə olacaq. Yüksək rəqabətli komandalarla oynamaq şansı əldə etmişik. İrlandiya və Serbiyaya qarşı matçımız da maraqlı olacaq”.

Qeyd edək ki, Qətər yığması martın 27-də Avstriyada Azərbaycan millisini qəbul edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI