Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağsu sakinindən narkotik vasitələr götürülüb

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI