logo
First slide

PSJ - "Başakşəhər" oyununun hakimləri ilə bağlı intizam işi açıldı

11 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ - "Başakşəhər" matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Press.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən il dekabrın 8-də keçirilən matçın rumıniyalı hakimləri Sebastian Koltesku və Oktavian Sovreyə qarşı intizam işi açıb.

Xatırladaq ki, görüşün 4-cü hakimi S.Koltesku  İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib və matç yarımçıq dayandırılb. Növbəti gün qaldığı yerdən davam etdirilən matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər
OTACI
OTACI