Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Messi rəqibi dirsəyi ilə vurdu - Video

11 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Barselona"nın futbolçusu Lionel Messi "Sevilya" ilə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçının (0:2) mübahisəli epizodunda cəzadan qurtulub.

Press.az xəbər verir ki, argentinalı hücumçu görüşün 63-cü dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Joan Jordana qarşı qaydanı pozub. Belə ki, "Sevilya"nın oyunçusu topu əlinə alıb və baş hakim Mateu Laosla mübahisə etməyə başlayıb. Bu anda oyunu yenidən davam etdirməyə tələsən Messi topu almaq üçün əlini uzadıb. Ancaq Jordan topu Leonelə verməyib. Bundan sonra Kataloniya təmsilçisinin kapitanı dirsəyi ilə rəqibin üzünə vuraraq onu uzaqlaşdırmağa çalışıb.

Jordan baş verənlərlə bağlı Laosa bildirib,  ancaq hakim Messini cəzalandırmayıb. Əksinə,  Jordana sarı vərəqə göstərib.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI