Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-dan Rusiyaya çağırış: Ukraynadan çıx!

11 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq və Ukraynaya qarşı siyasətini dəyişdirməyincə, bu ölkəyə sanksiyalarını ləğv etməyəcək.

Press.az xəbər verir ki, bunu BMT TŞ-nın iclasında ABŞ nümayəndəsi Rodni Hanter deyib.

“Rusiyanın Krımı ilhaq etmək cəhdini heç vaxt qəbul etməyəcəyik. Ukraynanın şərqindəki təcavüzünə və Krımın işğalına cavab olaraq tətbiq olunan sanksiyalar Rusiya kursunu dəyişdirənə qədər qüvvədə qalacaq. Rusiyanı qüvvələrini Ukraynadan çəkməyə, silahlı qruplara dəstəyi dayandırmağa və Minsk razılaşmaları çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – Hanter bildirib.

Oxşar xəbərlər
OTACI