PSJ-nin hücumçusu Neymarın zədəsi ciddidir.
Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu təxminən 4 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, komandanın lideri Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə fevralın 16-da keçiriləcək səfər görüşünü buraxacaq.
25 yaşlı futbolçu böyük ehtimalla Kataloniya klubu ilə martın 10-da keçiriləcək cavab matçında da iştirak etməyəcək.
Xatırladaq ki, Neymar Fransa kubokunun 1/32 finalında "Kan"la matçda ayaq əzələsindən zədə alıb.