Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mətanət İsgəndərlinin oğlu qızına işgəncə verib? - FOTO

10 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib.

O, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz “Instagram” hesabında paylaşıb.

“Mətanət İsgəndərli həmişə sevgidən, uşaqlara nəvazişdən danışır. Oğlunun illərlə övladlarına etdiyi şiddətdən danışmır. O, şiddəti mənə də dəfələrlə göstərib. Son etdiyi işgəncəsindən sonra gözlərim görmür. Bunu Mətanət İsgəndərliyə deyəndə, cavabı, bilirsiniz, nə olub? Əcəb edib!”, - deyə Canan bildirib.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Xatırladaq ki, Canan boşandıqdan sonra qızının adını dəyişdirib. O, qızına qoyulan Mətanət adını Elayla əvəzləyib.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI