Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Oxşar xəbərlər
OTACI