Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Direktor: "Ürəyində stend olan xəstələrdə belə vaksinin yan təsiri olmayıb"

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yanvarın 21-də özüm bu vaksini vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm”.

Press.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

O qeyd edib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub: “Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Hələlik bundan etibarlı vasitə yoxdur. Ölkə əhalisinin təxminən 60-70 faizi vaksinasiya olunarsa, kütləvi immunitet yaranar və xəstəliyin qarşısı alına bilər”.

Vaksinasiyadan bir müddət sonra hansısa fəsadların baş verə bilməsi barədə gəzən şailərin də əsassız olduğunu deyən mütəxəssis öldürülmüş vaksinin orqanizmdə uzun müddət qalmaq, inteqrasiya etmək ehtimalı yoxdur.

Oxşar xəbərlər
OTACI