Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda mağaza və evlərdən oğurluq edilib

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda oğurluq edən şəxslər tutulub.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi (RPİ) 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul və 1300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Yusifov saxlanılıb.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 8 evdən su qızdırıcısı, elektrik naqilləri, təmir-tikinti alətləri, bir qarajdan 1300 manat dəyərində təmir alətləri və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılıb.

Oxşar xəbərlər
OTACI