Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşğaldan azad edilmiş ərazilərdə yeni tarixi abidələr aşkarlandı - RƏSMİ

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İşğaldan azad edilən ərazilərdə tarixilik və memarlıq əlaməti olan 87 yeni abidə aşkar edilib”.

Press.Az-ın məlumatına görə, bunu AzTV-nin efirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Azad Cəfərli deyib.

Onun sözlərinə görə, 303 tarix və mədəniyyət abidəsinin monitorinqi aparılıb:

“Təəssüf ki, onların əksəriyyəti tamamilə dağıdılıb. 461 sayda muzey, teatr, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Bunlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə məhv edilib”.

A.Cəfərli əlavə edib ki, bunlar bütün qeydə alınmış abidələr deyil: “Hazırda proses davam edir”.

Oxşar xəbərlər
OTACI