Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN metal qəbulu məntəqələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə oğurluq metal əşyalarının metal qəbulu məntəqələrinə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Press.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, daxil olan müraciətlərə polis dərhal və çevik reaksiya verir.

Onun sözlərinə görə, oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir:

“Əgər metal qəbulu məntəqələrində hər hansı oğurlanmış əşya aşkarlanarsa, maddi sübut kimi götürülür. Fakt üzrə aparılan araşdırmalar çərçivəsində metal qəbulu məntəqələrinin fəaliyyəti ilə məşğul olan şəxsin təqsiri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir.

Tövsiyə edirik ki, bu sahədə fəaliyyət göstərən şəxslər şübhə doğuran metal əşyaları qəbul etməsinlər. Bu barədə vətəndaşlıq nümunəsi göstərərək polisi məlumatlandırsınlar”.

Oxşar xəbərlər
OTACI