Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantini pozan çayxananın icarədarı və müştərilər cərimələnib

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. C.Məcnunov və müştərilər Polis Şöbəsinə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə onlar cərimələniblər.

Oxşar xəbərlər
OTACI