Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu

28 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 10.09.2020 və 14.09.2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılıb.

Bu barədə Press.az-a MİDA-dan məlumat verilib.

Məlumata görə, mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib. 2 mənzil isə 10.09.2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.

Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər. 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüz uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış olmaq mümkündür.

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksində 30.06.2020-ci il tarixində keçirilən ilk satışın nəticəsində 224 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə iki satışın nəticəsində 625 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzil əldə edib.

Oxşar xəbərlər
OTACI