Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

PA-nın şöbə müdiri: "Azərbaycan və Türkiyəyə qarşı çox güclü qarayaxma kampaniyaları aparılır"

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan və Türkiyəyə qarşı güclü qarayaxma kampaniyaları aparılır. Bunların qarşısının alınması üçün bizim birgə səylərimizə böyük ehtiyac var”.

Press.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində Azərbaycan və Türkiyənin diaspor təşkilatları var: “Onların da səylərinin bir araya gətirilməsi və ölkələrimizə qarşı aqressiv hərəkətlərə qarşı birgə mübarizənin aparılmasını vacib hesab edirik”.

Oxşar xəbərlər
OTACI