logo
First slide

Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən ilin ilin aprel ayında Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni yaradıb. 2020-ci il ərzində sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib.

Press.az-ın xəbərinə görə, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilib.

Qeyd olunub ki, il ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib. 17 milyon müraciət isə mənfi cavablandırılıb.

Oxşar xəbərlər
OTACI
OTACI