Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaşı 65-dən yuxarı olan müəllimlərə güzəşt ediləcək

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan müəllimlər cəlb olunacaq”.

Press.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, təhsil müəssisəsinin qərarı ilə tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan, yaşı 65-dən yuxarı olan müəllimlərin fəaliyyətində yaranan fasilələr onların iş vaxtına daxil ediləcək:

“Əmək haqqı saxlanılacaq. Texniki heyət üzrə də yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunacaq. Texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir”.

O qeyd edib ki, müəllim otağında və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə ən az 1,5 metr gözlənilməlidir:

“Eyni zamanda, tədris otaqlarında hər parta arxasında yalnız bir təhsilalanın oturması və onlar arasında məsafənın 1,5 metrdən az olmaması təmin olunur”.

Oxşar xəbərlər
OTACI