Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis əməliyyatlarında saxlanılanlar var: silah və narkotik götürülüb

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə,Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Jaquar” markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin götürülmüşdür.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyatı nəticəsində paytaxt sakini V.Məhərəmov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan “TT-17” markalı pnevmatik tapança aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 249 qrama yaxın tiryək, 88 qramdan artıq marixuana, 96 ədəd metadon, 456 ədəd trapin və 1 ədəd elektron tərəzi götürülüb.

Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şonqar qəsəbə sakini, əvvəllər məhkum olunmuş D.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram heroin götürülüb.

Oxşar xəbərlər
OTACI