Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqada unikal rekord

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə Premyer Liqasında unikal rekord qeydə alınıb.

Press.az yarışın tvitter səhifəsinə istinadən xəbər verir ki, tarixdə ilk dəfə doqquz komanda bir mövsüm ərzində turnir cədvəlinə başçılıq edib.

Bu, ötən gecə "Mançester Siti"nin səfərdə "Vest Bromviç"ə qalib gələrək (5:0) liderliyə yüksəlməsi ilə gerçəkləşib.

Bu mövsüm "Mançester Siti"dən əvvəl müxtəlif vaxtlarda "Arsenal", "Everton", "Lester", "Liverpul", "Sautqempton", "Tottenhem", "Çelsi" və "Mançester Yunayted" ilk pillədə olub.

Hazırda turnir cədvəlində ikinci yerdə 40 xalla “Mançester Yunayted" qərarlaşıb. 38 xalı olan "Lester" 3-cüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI