Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı AÇIQLANDI

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi. Amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ də bizim diqqətimizdədir. İstiliklə bağlı monitorinqlər aparılıb. Onu deyə bilərəm ki, məktəblər təhsil üçün hazırdır. Cari problemlər də aradan qaldırılır”.

Press.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda deyib.

O qeyd edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq: “Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək”.

Fevralın 1-dən etibarən Bakı şəhəri üzrə 274 məktəbdə 1 092 sinifdə 27 122 uşaq məktəbəqədər təhsilə başlayacaq. I-IV siniflərdə isə 44 904 şagird əyani formada oxuyacaq.

Oxşar xəbərlər
OTACI