Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub.

Press.az Ordu.az-a istinadən  xəbər verir ki, həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib.

Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır.

Onların sözlərinə görə, artıq morqda cəsədlərin saxlanılması üçün yer qalmayıb və bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi kömək üçün “Spayka” şirkətinə müraciət edib.

Şirkət özü soyuducuların nazirliyin ehtiyacları üçün təmin edildiyini təsdiqləyib.

Oxşar xəbərlər
OTACI