Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi detallar məlum olub - YENİLƏNİB

26 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

7-ci mikrorayonda qeydə alınan intiharla bağlı bəzi detallar məlum olub. 

İntihar edən şəxs 1983-cü il təvəllüdlü Səbinə Məmmədzadə Adil qızı adlı xanım olub. O, yaşadığı Süleyman Sani Axundov küçəsindəki hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

***17:37

Bakının 7-ci mikrorayonu ərazisində daha bir intihar hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Şahidlərin sözlərinə görə, gənc qız özünü hündürmərtəbəli binadan atıb. Həmin şəxs hadisə yerindəcə keçinib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İntiharın nə səbəbdən baş verdiyi araşdırılır.

Baku.ws

Oxşar xəbərlər
OTACI