Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Miri Yusif şəhid və qazi ailələrinə dəstək məqsədi ilə konsert verəcək – FOTO

26 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

31 yanvar 2021-ci il tarixində Xalq artisti Miri Yusifin “Yaşat” adlı televiziya konserti baş tutacaqdır. Konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır.

Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr “Yaşat” fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq.

Konsertin informasiya dəstəkçisi “Nargis” jurnalıdır. Sizi 31 yanvar saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırırıq!

Oxşar xəbərlər
OTACI