Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub.

Press.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanının müavini polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlığı Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusu isə medalla təltif edilib".

Oxşar xəbərlər
OTACI