Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı - FOTO

26 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxta körpü qəsəbəsinin Boz qobu adlanan ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov etməkdə şübhəli bilinən İmişli rayon Muradxanlı kənd sakini Nəcməddin Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 2 ədəd 16 çaplı “Tula” markalı ov tüfəngi və ovladığı çöl quşları götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI