Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxmağa “kömək edən” vasitə

26 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusa yoluxa bilmə qorxusu orqanizmdə problemə yol aça bilər.

Bunu rusiyalı psixoterapevt İqor Salıntsev “Sputnik” radiosuna verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, insanın emosional vəziyyəti onun fiziologiyasında əks olunur.

Beləliklə, Salıntsevə görə nəzarət edilməyən narahatlıq psixi sabitliyin səviyyəsini aşağı salır, metabolizm proseslərinin sürətini azaldır:

“Müvafiq olaraq, immunitet azalacaq və müxtəlif patologiyalara qarşı həssaslıq artacaq. Narahat insan virus patologiyası da daxil olmaqla, bütün patologiyalara daha həssasdır”.

Bu baxımdan həkim qeyd edib ki, koronavirus əleyhinə peyvənd iki problemi həll edəcək: orqanizmi COVID-19-dan qoruyacaq və narahatlıq səviyyəsini azaldacaq.

Oxşar xəbərlər
OTACI