Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Kəpəz"dən sensasiya, "Zirə" və "Qəbələ" 1/4 finalda - Yenilənib

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Press.az xəbər verir ki, son oyun günü üçün nəzərdə tutulan 3 matçın hamısı başa çatıb.

“Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub və 2 cavabsız qolla qalib gəlib. Beləliklə, əyalət təmsilçisi 1/4 finalda “Qarabağ”la qarşılaşacaq.

“Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edib. 4:0 hesablı darmadağınla qələbə qazanan "Zirə" 1/4 finalda "Neftçi" ilə üz-üzə gələcək.

“Sabah” isə “Kəpəz”i sınağa çəkib. Bu görüşdə Gəncə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib və növbəti mərhələdə "Keşlə"yə rəqib olub.

25 yanvar

Azərbaycan kuboku

1/8 final

17:00. “Sabah” – “Kəpəz” - 1:2

Qollar: Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov

“Bank Respublika Arena”

16:00. “Qaradağ Lökbatan” – “Zirə” - 0:4

Qollar: Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu

“Dalğa Arena”

14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2

Qollar: Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Tovuz şəhər stadionu

24 yanvar

"Səbail" - "Zaqatala" - 3:2

1/4 final cütləri

“Sumqayıt” – “Səbail”

“Qarabağ” – “Qəbələ”

“Neftçi” - "Zirə” 

"Keşlə” -  “Kəpəz”

Qeyd edək ki, 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI