Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin 12 illik fasilədən sonra Davos İqtisadi Forumunda çıxış edəcək

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumunda çıxış edəcək.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V. Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.

“O ki qaldı müzakirələrə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu onlayn formatda keçirilir.

Rusiya Prezidenti Davos İqtisadi Forumunda axırıncı dəfə 2009-cu ildə çıxış edib.

Oxşar xəbərlər
OTACI