Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Gömrük Komitəsinin əməkdaşları avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.

Bu barədə Press.az-a Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Renault" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə - tiryək yerləşdirildiyi məlum olub.

Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə - tiryək aşkar edilib.

Oxşar xəbərlər
OTACI