logo
First slide

Ceyhun Bayramov: “Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi”

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağlar ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil edir”.

Press.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə deyib.

Nazir İranın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd edib.

C.Bayramov iki ölkə arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib

Oxşar xəbərlər
OTACI
OTACI