Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü - FOTO

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabr ayında koronavirus keçirən Kaliforniya sakini COVID-19 vaksinasiyasından bir neçə saat sonra vəfat edib.

“Pravda”nın məlumatına görə, bu barədə Pleyser dairəsinin şerifi bildirib.

Onun sözlərinə görə bu işi fəal şəkildə araşdıran bir neçə yerli, əyalət və federal qurum var. İstintaqın nəticələri açıqlanana qədər ölüm səbəbi ilə bağlı hər hansı bir məlumat düzgün sayılmır.

Kişinin “Moderna”, yoxsa “Pfizer” vaksini vurdurduğu da hələ dəqiqləşdirilməyib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) iddia edir ki Birləşmiş ştatlarda təsdiqlənən və tətbiqinə başlanan hər iki preparat yorğunluq, baş ağrısı, titrəmə və qızdırma kimi bəzi yan təsirlərə malikdir.

“Lakin bu orqanizminizin müdafiə yaratdığını göstərən və bir neçə günə keçəcək normal əlamətləridir”, - deyə qurumdan bildirilib.

Oxşar xəbərlər
OTACI