Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin təhsil nazirindən Emin Əmrullayevin paylaşımına REAKSİYA

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Respublikasının Milli Təhsil naziri Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi “Twitter” hesabındakı paylaşımına dəstək nümayiş etdirib. 

Ziya Selçuk həmkarının “twit”ini şəxsi hesabında paylaşaraq bu sözləri qeyd edib:  “Hər hansı bir uşağın təhsildən geri qalmaması və davamlı inkişaf məqsədlərinin əldə edilməsi axtarışında olan qlobal təhsil hədəflərinə çatmaq üçün pandemiyaya, müharibələrə və qarşıdurmalara qarşı kollektiv məsuliyyət və həmrəylik nümayiş etdirməliyik”. 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev paylaşımında, “Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb”, - deyə bildirib. 

Nazir paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

Oxşar xəbərlər
OTACI