Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu: "Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək"

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşının nəşini Vətəninə göndərəcəyik”.

Press.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Dəniz quldurlarının vətəndaşlarımıza hücumu olmuşdu. Hazırda 15 vətəndaşımız qaçırılıb. Həlak olan Azərbaycan vətəndaşı İslam qaydalarına uyğun olaraq yuyulub kəfənlənib. Bunun üçün Qabon hökumətinə təşəkkür edirəm”, - o bildirib.

Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılov həlak olub.

Oxşar xəbərlər
OTACI