Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bələdiyyələrin fəaliyyətində aşkarlanan ciddi qanun pozuntularının SAYI

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İnzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntusu aşkar edilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib:

“Həmin materialların 10-u üzrə cinayət işi başlanılıb, digərlərinə isə baxılacaq”.

“Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bu işlərdən 6-na xitam verilib, 28 protokol isə baxılmaqdadır”, - deyə R.Məmmədov qeyd edib.

Oxşar xəbərlər
OTACI