Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən il 2072 məhkum cəzadan şərti azad edilib

25 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Cəzaların humaistləşdirilməsi siyasəti nəticəsində 1 884 məhkum barəsində məhkəmələrə sənəd daxil olub”.

Press.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, bu sənədlərin əksəriyyəti təmin edilib, məhkəmələr tərəfindən çıxarılan qərarlara əsasən, ümumilikdə 334 məhkum azad edilib, 591 nəfərin cəzası azaldılıb:

“Ötən il 2072 məhkum cəzadan şərti azad edilib, 422 məhkum məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 10 məhum ağır xəstəliyə görə azadlığa buraxılıb, 906 nəfərin həbs qətimkan tədbiri dəyişdiilirb.Bunların əksəriyyəti pandemiya dövründə tətbiq edilib. Həmçinin koronavirus pandemiyası ilə əlaqədar yaşı 65 yaşdan yuxarı olan 176 nəfər əfv sərəncamı ilə azad edilib. Ümumilikdə son illərdə cəza siyasətininm humaistləşdirilməsi nəticəsində amnistiya və əfv sərəncamıarı ilə 8000 nəfər azadlığa biraxılıb”.

Oxşar xəbərlər
OTACI