Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni hərbi analitik Qarabağda ölən hərbçi sayını açıqladı Erməni hərbi analitik Qarabağdakı itkilərin sayını açıqladı

24 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Əgər döyüş itkilərinin hesablanması metodologiyası təqdim edilsəydi, Ermənistanın baş nazirinin müavininin müharibənin gedişatında demək olar dörd min nəfərin həlak olması haqqında bəyanatı etibarlı olardı”.

Press.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə erməni hərbi analitiki Ayk Xaçikyan bildirib.

"Amma belə olduqda anlaşılmır ki, Dağlıq Qarabağdan olan, müharibədə ölən və dəfn edilən hərbi qulluqçular nəzərə alınıbmı", - deyə o qeyd edib.

“Mənim müşahidələrimə görə, erməni tərəfinin itkinləri altı min nəfərə yaxın olmalıdır", - Xaçikyan əlavə edib.

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 nəfərin həlak olması haqqında xəbər verib. Bu halda Ermənistan hakimiyyəti iddia edib ki, müharibədə ölənlərin sayı dörd min nəfəri ötmür.

Oxşar xəbərlər
OTACI