Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qənirə Paşayeva xalq artistini təbrik etdi

24 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xalq artisti Sabir Məmmədovla görüşüb.

Press.az Kult.az-a istinadən xəbər verir ki, millət vəkili xalq artistini 60 illik yubileyi münasibətilə təbrik edib.

"Siz 1983-cü ildən indiyədək səhnədəsiz, teatr və kinoda yaddaqalan obrazlar yaratmısız. Siz Cəfər Cabbarlı mükafatına, Prezident Mükafatına, xalq artisti yüksək fəxri adına layiq görülmüsüz. Hazırda Akademik Milli Dram Teatrında fəaliyyətinizi davam etdirməkdəsiz. Sizi bir daha Mədəniyyət Komitəsi adından təbrik edir, yeni uğurlar arzulayıram!" - millət vəkili qeyd edib.

Xalq artisti səmimi görüş və təbrik üçün komitə sədrinə təşəkkür edib.

Oxşar xəbərlər
OTACI